Bakıda “Wings for Life World Run — App Run Baku 2020” xeyriyyə qaçışı keçiriləcək

 

Azərbaycanda dördüncü dəfə “Wings for Life World Run” xeyriyyə qaçışı “App Run” (tətbiq) formatında təşkil olunacaq. Tədbir, Su İdmanı Sarayının qarşısından 3 may tarixində yerli vaxtla 15:00-da başlayır. Qaçışda iştirak et.

“Wings for Life World Run” həm qaçanlar, həm də əlil arabası ilə iştirak edənlər üçün özünəməxsus dünya qaçışıdır. O, eyni zamanda bütün dünya üzrə onlarla ölkədə eyni tarixdə, eyni zamanda başlayacaq. Hər bir iştirakçı üçün finiş müxtəlif vaxtda və məsafədə olacaq. Çünki, finiş xətti iştirakçıların arxası ilə gəlib, onları yaxalayır.

Onurğa beyni zədələrin tədqiqatlarının inkişafına öz töhfəsini vermək və dünyada milyonlarla insanın həyatlarını yaxşılığa doğru dəyişdirmək üçün birləşib qaça bilməyənlər üçün qaçaq. İanənin 100%-i bilavasitə “Wings for Life” fonduna onurğa beyninin həyat əhəmiyyətli tədqiqatlarını keçirmək üçün köçürüləcək.

Yürüşə qoşulmaq üçün ilk öncə smartfonuna “Wings for Life World Run” tətbiqini yüklə, qeydiyyatdan keç və ölkəmizdəki qaçışa yazıl. Qaçış başlandıqdan 30 dəqiqə sonra start xəttindən virtual yaxalama avtomobili yola düşəcək. Virtual avtomobil tədricən sürətini artırır və qaçanlara çatır. Virtual yaxalama avtomobili sənə çatdığı an – sənin şəxsi finişindir, bundan sonra sənin üçün qaçış bitir. “Wings for Life World Run” tətbiqi iOS və ya Android üçün ödənişsiz şəkildə mövcuddur.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}