Rusiyanın Krasnoyarsk diyarının cənubunda qar uçqunu olub


Rusiyanın Krasnoyarsk diyarının Kuraqin rayonunda qar uçqunları səbəbindən yolda hərəkət məhdudlaşdırılıb.

Şəffaflıq.az yerli KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnoyarsk diyarı üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

"Magistral yolda qar uçqunu olub. Kuraqin dairəsində Kuraqino - Çeremşanka avtomobil yolunun 27-ci kilometrliyində ümumi həcmi 100 kubmetr olan qar kütləsi uçub. Avtomobil yolunda hərəkət məhdudlaşdırılıb", - məlumatda bildirilib.

Qurumdan qeyd edilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}