Türkiyədə daha bir neçə tanınmış şəxs narkotikə görə saxlanılıb
Türkiyənin İstanbul şəhərində keçirilən narkotik əməliyyatında bir neçə tanınmış şəxs saxlanılıb. Şəffaflıq.az "Haber Global"a istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan tədqiqat daha da dərinləşdirilib. Belə ki, narkotik və fahişəliyə təşviqlə bağlı keçirilən əməliyyatda Ceren Alper, Selen Görgüzel, Ayşe Sağlam və Nilüfer Batur Tokgöz kimi tanınmış şəxslər saxlanılıblar. "Cumhuriyet" qəzeti isə saxlanılanlar arasında məşhur aktyor Can Yamanın da olduğunu yazıb. Qeyd edək ki, daha əvvəl Türkiyədə bir neçə tanınmış şəxs narkotik maddələrin istifadəsi və satışında şübhəli bilinərək saxlanılıb, bəziləri haqqında axtarış qərarı verilib.
Xəbəri paylaş
Facebook-da paylaş








