Çexiyanın XİN başçısı Ukraynada səfərdədir
Çexiyanın xarici işlər naziri Petr Matsinka Ukraynada səfərdədir. Şəffaflıq.az xəbər verir ki, bu barədə Çexiyanın "ČT24" telekanalı məlumat yayıb. "Matsinkanı bu səfərdə AUTO-dan olan deputat Filip Turk müşayiət edir. Rəhbərlər səfərdən əvvəl razılaşıblar ki, onların ümumi vəzifəsi münasibətlərin yaxşılaşdırılması üzərində işləməkdir", - məlumatda deyilib. Qeyd olunub ki, Rusiyanın hücumu səbəbindən Çexiya XİN başçısının qatarı Kiyevə gecikmə ilə çatıb.
Xəbəri paylaş
Facebook-da paylaş








