Bakıdan Əbu-Dabiyə birbaşa uçuşların sayı artırılacaq
Birləmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Etihad Airways" şirkəti Bakıdan Əbu-Dabiyə birbaşa uçuşlara başlayacaq. Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib. Məlumata görə, Bakı-Əbu-Dabi aviareyslərinin yerinə yetirilməsinə iyunun 15-dən start veriləcək. Bundan əvvəl "Etihad Airways" iki ölkənin paytaxtları arasında birbaşa uçuşlara martın 2-dən başlanılacağını bəyan etmişdi. Hazırda BƏƏ-nin "Air Arabia Abu Dhabi" şirkəti də Bakıdan Əbu-Dabiyə və əks istiqamətdə birbaşa uçuşlar həyata keçirir. Aviarsyeslər gündəlikdir. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








