Sumqayıtda gənc oğlan dəm qazından boğularaq ölüb
Sumqayıtda 24 yaşlı oğlan dəm qazından boğularaq ölüb. Şəffaflıq.az məlumat verir ki, hadisə Ceyranbatan bağları ərazisində yerləşən fərdi yaşayış evində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Məmişov Musa Nazim oğlu yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş








