Gürcüstanda zəlzələ olub
Gürcüstan ərazisində 3,4 maqnitudalı zəlzələ baş verib. Bu barədə Şəffaflıq.az Gürcüstan mətbuatına istinadən məlumat verir. Zəlzələ Tbilisidən 5 kilometr məsafədə və Msxeta şəhərindən 3 kilometr qərbdə yerləşən Dzeqvi kəndində qeydə alınıb. Zəlzələnin episentri 5 kilometr dərinlikdə yerləşib. Zərərçəkənlər və dəymiş ziyan barədə məlumat daxil olmayıb.
Xəbəri paylaş
Facebook-da paylaş








