İranda koronavirus sürətlə yayılır: Məktəblər bağlandı

 

İranın Qum və Mərkəzi vilayətlərində yeni koronavirusa görə məktəb və universitetlərin fəaliyyəti dayandırılıb.

İranın Mərkəzi vilayətində məktəb və universitetlərin fəaliyyəti bir həftəliyə, Qum vilayətində isə 2 günlüyə dayandırılıb.

Bundan əlavə Tehran şəhərində soyuqdəyməsi və ya qripi olan şəxslərin idman zallarındakı hovuzlara buraxılması qadağan olunub.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi İranda indiyədək 28 nəfərin yeni koronavirusa yoluxduğunu və 5 nəfərin dünyasını dəyişdiyini təsdiqləyib.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}