İngiltərədə görülən NAMƏLUM BƏDHEYBƏT İNSANLARI QORXUYA SALDI — FOTO


 

İngiltərədə, Humberside Hava limanının yaxınlığında qəribə üç metr boyu olan bir məxluq insanları qorxuya salıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə məlumatı “The Hull Daily Mail” yayıb.

Şahid McFinch, bu qorxunc məxluqun hava limanının yaxınlığındakı magistral yolda görüb. Daha sonra həmin bədheybətə yaşlı bir cütlük də rast gəlib.  

İlk anda McFinch, bu heyrətamiz məxluqu, kabus sanıb. Çünki onun rəngi çox qara, gözləri isə parıltılı olub.

Ertəsi gün maraq üçün o, yenidən hadisə yerinə qayıtmağa qərar verib. Ancaq bu dəfə o, magistral yolda bir maralın parçalanmış cəsədinin hissələrini tapıb. O, yolda olan heyvan qalıqlarını çəkərək, sosial şəbəkədə paylaşıb. Güman edilir ki, heyvan həmin bədheybət tərəfindən parçalanıb.

 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}