AMEA-da struktur dəyişikliyi - 3 şöbə birləşdirildi
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Aparatında Protokol, Katiblik və Elektron sənəd dövriyyəsi şöbələri "Sənədlərlə iş" şöbəsində birləşdirilib.
Bu barədə AMEA-dan məlumat verilib.
Bildirilib ki, 3 şöbənin birləşdirilməsi ilə kadr potensialı da artırılıb.
"AMEA-nın inkişafı ilə bağlı 2020-2025-ci illər üçün proqram müəyyənləşib. Bununla bağlı bir sıra tədbirlər keçirilir. Hazırda elmin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi işləri gedir. Sonrakı struktur dəyişiklikləri prioritetlərə uyğun olaraq həyata keçiriləcək", - deyə qeyd olunub.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş