Əsas Səhifə > Maraqlı > AMEA-da struktur dəyişikliyi - 3 şöbə birləşdirildi
AMEA-da struktur dəyişikliyi - 3 şöbə birləşdirildi20-02-2020, 20:35 |
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Aparatında Protokol, Katiblik və Elektron sənəd dövriyyəsi şöbələri "Sənədlərlə iş" şöbəsində birləşdirilib. Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, 3 şöbənin birləşdirilməsi ilə kadr potensialı da artırılıb. "AMEA-nın inkişafı ilə bağlı 2020-2025-ci illər üçün proqram müəyyənləşib. Bununla bağlı bir sıra tədbirlər keçirilir. Hazırda elmin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi işləri gedir. Sonrakı struktur dəyişiklikləri prioritetlərə uyğun olaraq həyata keçiriləcək", - deyə qeyd olunub. Şəffaflıq.az Geri qayıt |