Zelenski sabah Türkiyəyə gedəcək


Ukraynanın Prezidenti Volodimir Zelenski noyabrın 19-da Türkiyəyə səfər edəcək.

Şəffaflıq.az xəbər verir ki, bu barədə o, "X" hesabında bildirib.

O qeyd edib ki, Türkiyədə beynəlxalq dəstəyin gücləndirilməsinə və müharibəyə son qoyulmasına yönəlmiş danışıqlar aparılacaq.

"Ukrayna hər gün tərəfdaşlarla münasibətlərdə nəticələr əldə etməlidir. Biz danışıqların bərpasına hazırlaşırıq və tərəfdaşlarımıza təklif edəcəyimiz həllər işləyib hazırlamışıq. Müharibənin bitməsini yaxınlaşdırmaq üçün mümkün olan hər şeyi etmək Ukraynanın əsas prioritetidir", - o yazıb.

V.Zelenski əlavə edib ki, Ukrayna hərbi əsirlərin mübadiləsinin bərpası və "hərbi əsirlərimizin evə qaytarılması" üzərində işləyir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}