Hakan Fidan Ankarada Rüstəm Umerovla görüşüb


Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerovla görüşüb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, görüş Ankarada baş tutub.

Fidan və Umerovun müzakirə etdiyi mövzular açıqlanmayıb.

Daha əvvəl Umerov öz "Telegram" kanalında Türkiyənin milli müdafiə naziri Yaşar Güler, Milli Kəşfiyyat İdarəsinin rəhbəri İbrahim Kalın və Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç ilə görüşdüyünü bildirib. Onun sözlərinə görə, görüşdə Rusiya ilə əsir mübadiləsi və Ukrayna ilə Türkiyə arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}