Türkiyədə tikilməkdə olan körpünün taxta konstruksiyası çöküb, üç nəfər ölüb


Türkiyənin Diyarbəkir vilayətində tikilməkdə olan körpünün taxta konstruksiyası çöküb.

Şəffaflıq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, dağıntılar altında qalan işçilərin çıxarılması üçün əməliyyata başlanılıb.

Məlumata görə, hadisə zamanı ağır yaralanan dörd işçi xəstəxanaya aparılıb. Xəstəxanaya aparılan və dağıntılar altından çıxarılan işçilərdən 3-ü ölüb, 2-si isə yaralanıb.

Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}