ŞAMAXIDAN BAKIYA ZƏFƏRİN 5 İLLİYİNƏ HƏSR OLUNMUŞ ULTRAMARAFON QAÇIŞI
ŞAMAXIDAN BAKIYA ZƏFƏRİN 5 İLLİYİNƏ HƏSR OLUNMUŞ ULTRAMARAFON QAÇIŞI 01 noyabr 2025-ci il tarixində Şamaxı şəhərinin Şəhidlər xiyabanından start götürən və Bakı şəhərinə qədər davam edən 105 kilometrlik ultramarafon uğurla başa çatdırılmışdır. Şəffaflıq.az xəbər verir ki,bu mənəvi dəyər daşıyan marafonda Şıxıyev Toğrul, Nəcəfov Rəhman və Nicat Cəlilov iştirak etmişdir. Marafonun əsas məqsədi Zəfər Günümüzün 5 illiyini qeyd etmək, Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin müqəddəs xatirəsini anmaq, eləcə də gənclərdə vətənpərvərlik ruhunu yüksəltmək və idmanın təbliğinə töhfə vermək olmuşdur. Ultramarafon marşrutu boyunca iştirakçılar bir çox yaşayış məntəqələrindən keçərək, xalqımızla birgə həmrəyliyin, dözümlülüyün və milli birliyin rəmzini nümayiş etdirmişlər. Bu təşəbbüs məhz öz istəkləri ilə keçirilmişdir və gələcəkdə də bu kimi layihələrin davam etdirilməsi planlaşdırılır. Vətənə, Zəfərə və Şəhidlərə ehtiramla!













Facebook-da paylaş








