Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb
Türkiyədə güc strukturlarının keçirdikləri əməliyyatlar nəticəsində İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb. Şəffaflıq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan araşdırmada İŞİD-ə məxsus onlayn mesajlaşma platformasından istifadə etdiyi müəyyən olunan şəxslərə qarşı əməliyyat keçrilib. Saxlanılan 23 nəfərdən 8-nin xarici ölkə vətəndaşı olduğu müəyyənləşib və onların ölkədən deport edilməsi prosesinə başlanılıb. Digər 15 nəfər isə hakim qarşısına çıxarılıb. Onlarda ikisi yetəri qədər sübut olmadığı üçün sərbəst buraxılıb, 9 nəfər həbs edilib, qalan üç nəfər isə polis nəzarətinə verilib.
	
	
	
 	Xəbəri paylaş
	
			
        
 
         
 Facebook-da paylaş 
 
			








 
 