Ersin Tatar oktyabrın 6-da Azərbaycana səfər edəcək
Şimali Kipr Türk Cümhuriyyətinin (SKTC) Prezidenti Ersin Tatar Azərbaycana səfər edəcək. Bu barədə olaraq bu ölkənin Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner məlumat verib. O bildirib ki, ŞKTC Prezidenti oktyabrın 6-7-də Azərbaycanda səfərdə olacaq. Ersin Tatar səfər çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə görüşündə iştirak edəcək. Xatırladaq ki, 2022-ci ildən etibarən Şimali Kipr Türk Cümhuriyyəti TDT-nin müşahidəçi üzvüdür. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş
