MSK-nın ləğv etdiyi dairələrin TAM SİYAHISI

 Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar daha bir neçə şikayətə baxılıb.
Şəffaflıq.az xəbər verir ki, iclasda fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olan müraciətlər müzakirə olunub. Müzakirələr zamanı bəzi dairələrin nəticələri ləğv edilib.
Ləğv olunan dairələrin lider namizədləri bunlardır:
80 saylı İmişli-Beyləqan seçki dairəsi - Çingiz Qənizadə
74 saylı Lənkəran kənd seçki dairəsi - Hadı Rəcəbli
35 saylı Xətai üçüncü seçki dairəsi - Rauf Arifoğlu
33 saylı Xətai birinci seçki dairəsi - Hüseynbala Mirələmov
Bundan əlavə, 10 seçki dairəsi ilə bağlı daxil olan şikayətlər müvafiq dairə seçki komissiyalarına göndərilib:
- 91 saylı Ucar seçki dairəsi
- 81 saylı Beyləqan seçki dairəsi
- 72 saylı Yardımlı-Masallı seçki dairəsi
- 95 saylı Tərtər seçki dairəsi
- 42 saylı Sumqayıt ikinci seçki dairəsi
- 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi
- 15 saylı Yasamal birinci seçki dairəsi
- 28 saylı Sabunçu üçüncü seçki dairəsi
- 79 saylı İmişli seçki dairəsi
- 60 saylı Salyan-Neftçala seçki dairəsi

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}