Rusiya Ukraynanın 17 yaşayış məntəqəsinə zərbə endirib, 50 nəfər xəsarət alıb
Rusiya qüvvələri sutka ərzində Ukraynanın Zaporojye vilayətinin 17 yaşayış məntəqəsinə 700-ə yaxın atəş açıb, 49 nəfər xəsarət alıb. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə Zaporojye Vilayəti Hərbi Administrasiyasının sədri İvan Fedorov teleqram kanalında bildirib. İ.Fedorov 396 mənzil, texnika və infrastruktur obyektlərinin zədələnməsi barədə məlumat daxil olduğunu vurğulayıb.
Xəbəri paylaş
Facebook-da paylaş
