Ərdoğan: Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə İstanbul prosesini irəli aparmaq niyyətindəyik
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə İstanbul danışıqlarını irəli aparmaq arzusunda olduğunu bildirib. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə o, Nyu-Yorkda fransalı həmkarı Emmanuel Makronla görüşündə bildirib. "Prezidentimiz Türkiyənin Rusiya ilə Ukrayna arasında ədalətli və davamlı sülhün təmin edilməsi üçün hər cür səy göstərdiyini bəyan edib və İstanbul danışıqlarını nəticələrə diqqət yetirməklə irəliləmək arzusunu ifadə edib", - Türkiyə liderinin Dəftərxanası görüşün yekunlarına dair məlumat verib.
Xəbəri paylaş
Facebook-da paylaş
