Afrikanın bakılı olan ən zəngin qadınının bank hesablarına HƏBS QOYULUB
Portuqaliya prokurorları Anqolanın keçmiş prezidentinin qızı, Afrikanın bakılı olan ən varlı qadını İzabel dos Santosun bank hesablarını dondurub. Bu barədə “Reuters” xəbər yayıb. Qərar Portuqaliya və Anqola hakimiyyət orqanlarının birgə işi əsasında qəbul edilib. Beynəlxalq Təhqiqatçı Jurnalistlər Konsorsiumunun araşdırmalarının nəticələrinə görə, İzabella Dos Santos və onun əri, iş adamı Sindika Dokolo qiymətli dövlət əmlaklarını satın alıblar, neft və almazlarla zəngin olan ölkəni dünyanın ən yoxsul ölkələrindən birinə çeviriblər. Ümumilikdə Anqolanın xəzinəsi 1,6 milyard dollar itirib. Atası 1979-cu ildən 2017-ci ilə qədər ölkədə hakimiyyətdə olduğu müddətdə İzabella əri ilə birlikdə 41 əyalətdə 400-dən çox şirkətin biznes-imperatorluğunu qurub. Qeyd edək ki, İzabellanın atası Eduardo Dos Santos 70-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb və burada bakılı Tatyana Kukanova ilə evlənib. Həmin evlilikdən Bakıda qızı İzabella dünyaya gəlib. Sonradan o, ölkəsinə qayıdıb və prezident olub, on illər boyu Anqolanı idarə edib. Onun qızı isə bizneslə məşğul olmağa başlayıb və sürətlə varlanaraq Afrikanın ən zəngin qadınına çevrilib.
Facebook-da paylaş