Rusiya Baş nazirinin müavini: Azərbaycanla münasibətlərin yaxşılaşdırılması üçün işləyirik
Rusiya və Azərbaycan iqtisadi qarşılıqlı fəaliyyətin yaxşılaşdırılması üçün işləmək niyyətindədir. Şəffaflıq.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki , bunu jurnalistlərə Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk bildirib. "Biz Hökumətlərarası Komissiyanın iclasını keçirdik. Qqeyd etdik ki, iqtisadiyyat sahəsində əməkdaşlığımız inkişaf edir. Rusiya ilə Azərbaycan arasında olan əməkdaşlıq iki ölkə üçün çox vacibdir. Biz bu münasibətlərin yaxşılaşdırılması üçün işləyirik", - o bildirib. Qeyd edək ki, Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın sonuncu iclası 2025-ci il avqustun 22-də Həştərxanda keçirilib.
Xəbəri paylaş
Facebook-da paylaş
