Rusiyada miqrantlar üçün yeni rüsumlar tətbiq edilib


Sentyabrın 1-dən Rusiyada əlavə dövlət rüsumları, o cümlədən qeydiyyat, miqrasiya qeydiyyatı və iş icazəsi ilə bağlı rüsumlar tətbiq edilib.

Şəffaflıq.az-ın xəbərinə görə, Rusiyanın Vergi Məcəlləsinə müvafiq dəyişikliklər edilib və dəyişikliklər sentyabrın 1-dən qüvvəyə minib.

Beləliklə, miqrasiya nəzarətini gücləndirmək üçün bir sıra əlavə rüsumlar, o cümlədən xarici vətəndaşa və ya vətəndaşlığı olmayan şəxsə patentin verilməsi və ya yenidən rəsmiləşdirilməsi üçün – 4 200 rubl, iş icazəsinin müddətinin uzadılması üçün – 4 200 rubl tətbiq edilir.

Həmçinin iş icazəsinin dublikatının verilməsi, miqrantın və ya vətəndaşlığı olmayan şəxsin iş icazəsində, yaxud patentin dublikatında olan məlumatlara dəyişiklik edilməsinə görə də rüsum tətbiq olunub. Onun məbləği 2 100 rubl təşkil edir.

Bundan əlavə, xarici işçilərin cəlb edilməsi və istifadəsi üçün icazələrin dublikatlarının verilməsi, habelə onlara dəyişiklik edilməsi üçün 2 100 rubl, xarici vətəndaşın Rusiyada müvəqqəti qalma müddətinin uzadılması üçün – 1 000 rubl və yaşayış yerində qeydiyyata alınması üçün - 500 rubl dövlət rüsumu tətbiq edilib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}