Çin Avropanın iki bankına qarşı sanksiyalar tətbiq edib
Çin hökuməti Avropa İttifaqının (Aİ) iki maliyyə təşkilatına qarşı sanksiyalar tətbiq edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyinin məlumatında deyilir. Aİ-nin Rusiyaya qarşı sanksiyalarına cavab tədbiri olaraq Çin Avropanın iki bankını – “UAB Urbo Bankas” və “AB Mano Bankas”ı məhdudlaşdırıcı tədbirlər siyahısına daxil edib.
Xəbəri paylaş
Facebook-da paylaş
