Şamaxı Rayon Təhsil Şöbəsində növbəti təhsilyanı şura keçirilib.

 06 fevral tarixində Şamaxı Rayon Təhsil Şöbəsində növbəti təhsilyanı şura keçirilib.
Şəffaflıq.az xəbər verir ki, Şurada ilk öncə RTŞ müdiri Namiq Nağıyev qarşıda görüləcək işlərlə bağlı, xüsusilə IX və XI sinif şagirdlərinin buraxılış imtahanlarına hazırlıq vəziyyəti, eləcədə şagirdlərin fənn olimpiadalarının rayon mərhələsində qalib gələn şagirdlərin yarımfinal turuna hazırlıqları ilə bağlı çıxış edərək, direktorlara bir çox tapşırıqlar verib. Daha sonra fənn olimpiadalarının rayon mərhələsinin nəticələri və Təhsil Nazirliyi tərəfindən sonuncu dəfə IX siniflər üçün keçirilən sınaq imtahanının nəticələri geniş şəkildə müzakirə edilib. Həmçinin təhsil meneceri Zamilə Rəhimova IX siniflər üçün keçirilən sınaq imtahanının nəticələrini təhlil edərək məktəblər üzrə nəticələri əhatəli şəkildə direktorlara izah edibdir. Eyni zamanda RTŞ müdiri olimpiada və sınaq imtahanında zəif nəticə göstərən məktəblərin rəhbərlərinə xəbərdarlıq edərək, onlara işlərində qısa müddət ərzində dönüş yaratmalarını tapşırıb. Sonda RTŞ əməkdaşları müəyyən məsələlərlə bağlı çıxış ediblər.
 #EduAz #ŞamaxıTəhsilŞöbəsi #Təhsil #Şura





 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}