“Azərbaycan dili” fənni üzrə imtahan verən şagirdlərin nəticələri AÇIQLANDI


 

9-cu sinif buraxılış imtahanının II mərhələsi və “Azərbaycan dili” fənni üzrə imtahan verən şagirdlərin nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanda iştirak edən şagirdlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, həmçinin cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Məlum olduğu kimi, DİM 2019-cu il sentybarın 8-də Bakı və Gəncə şəhərlərində cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahanlar keçirib.

Qeyd olunan imtahan iştirakçıları nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Xatırladaq ki, dünən keçirilən 9-cu sinif buraxılış imtahanının I mərhələsi, həmçinin 11-ci sinif buraxılış imtahanında iştirak edən şagirdlərin nəticələri də yaxın 3 gün ərzində elan olunacaq.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}