BMT-nin Baş katibi Qazaxıstana səfər edəcək
BMT-nin Baş katibi Antonio Quterriş avqustun 3-də Qazaxıstana səfər edəcək. Bu barədə “Report”un Qazaxıstan bürosu Akordaya istinadən xəbər verir. Qeyd olunur ki, səfər Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə həyata keçiriləcək. "Kasım-Jomart Tokayev və Antonio Quterriş Almatıda danışıqlar aparacaq, həmçinin BMT-nin Mərkəzi Asiya və Əfqanıstan üçün Davamlı İnkişaf Məqsədləri üzrə Regional Mərkəzini ziyarət edəcəklər", - məlumatda bildirilib. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş
