Şamaxıya Türkiyə istehsalı olan yeni, müasir standartlara cavab verən iritutumlu avtobuslar gətirilib. FOTO\VİDEO

Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Şamaxı rayonunda məişət tullantılarının daşınması və utilizasiyası, yolların təmizlənməsi, ictimai nəqliyyat xidmətinin keyfiyyətinin yaxşılaşdırılması, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşdirilməsi üçün texnika və avadanlıq alınması məqsədilə Şamaxı Rayon İcra Hakimiyyətinə 7 milyon manat ayrılıb.
Qeyd edək ki,rayonda məişət tullantılarının daşınması, yolların təmizlənməsi, təcili və təxirəsalınmaz tibbi yardım üçün texnika və avadanlıqların alınaraq gətirilməsi də nəzərdə tutulub.
Prezident İlham Əliyevin “Şamaxı rayonunda xidmət infrastrukturunun texniki təminatının gücləndirilməsi haqqında” 2019-cu il 28 noyabr tarixli Sərəncamının icrası çərçivəsində Şamaxıya Türkiyə istehsalı olan yeni, müasir standartlara cavab verən iritutumlu avtobuslar gətirilib.
Şəffaflıq.az xəbər verir ki, şəhərdaxili sərnişindaşıma üçün nəzərdə tutulan avtobuslar 27 oturacaqlı olmaqla, 64 sərnişin tutumuna malikdir.

Avtobuslar "Avro" standartlara cavab verməklə yanaşı, sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir.Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək.
Bunun üçün avtobuslarda xüsusi mexanizmli pandus quraşdırılıb.

Vahid İsmayılov

Şamaxı:
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}