Boztəpə suvarma kanalında yenidənqurma işləri başa çatıb


Boztəpə suvarma kanalında yenidənqurma işləri başa çatıb.

Şəffaflıq.az-ın məlumatına görə, mənbəyini Araz çayından götürən suvarma kanalının yenidən qurulması İmişli rayonunda 8 884 hektar və Beyləqan rayonunda 891 hektar olmaqla, ümumilikdə 9 775 hektar torpaq sahəsinin su ilə təminatını yaxşılaşdırıb.

Kanalın su buraxma qabiliyyəti 8,6 kub m/san, uzunluğu isə 42,4 kilometrdir.

Sözegedən suvarma kanalı üzərində sudüşürən, suburaxan, supaylayıcı, borulu keçid və səviyyəqaldıran olmaqla ümumilikdə 186 hidrotexniki qurğu var.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}