Əsas Səhifə > İnfrastruktur > Boztəpə suvarma kanalında yenidənqurma işləri başa çatıb
Boztəpə suvarma kanalında yenidənqurma işləri başa çatıb21-07-2025, 09:42 |
Boztəpə suvarma kanalında yenidənqurma işləri başa çatıb. Şəffaflıq.az-ın məlumatına görə, mənbəyini Araz çayından götürən suvarma kanalının yenidən qurulması İmişli rayonunda 8 884 hektar və Beyləqan rayonunda 891 hektar olmaqla, ümumilikdə 9 775 hektar torpaq sahəsinin su ilə təminatını yaxşılaşdırıb. Kanalın su buraxma qabiliyyəti 8,6 kub m/san, uzunluğu isə 42,4 kilometrdir. Sözegedən suvarma kanalı üzərində sudüşürən, suburaxan, supaylayıcı, borulu keçid və səviyyəqaldıran olmaqla ümumilikdə 186 hidrotexniki qurğu var. Geri qayıt |