Medinski: Ukrayna Rusiyanın 19 hərbçisinin meyitini qaytarıb
Rusiya və Ukrayna arasında İstanbul razılaşmaları çərçivəsində hərbçilərin meyitlərinin mübadiləsi həyata keçirilib. Şəffaflıq.az Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib. Onun sözlərinə görə, Rusiya Ukraynaya daha 1 000 Ukrayna Silahlı Qüvvələrinin əsgər və zabitinin meyitini qaytarıb. Ukrayna isə Rusiya Silahlı Qüvvələrinin 19 hərbçisinin meyitini qaytarıb.
Xəbəri paylaş
Facebook-da paylaş
