Bu ilin altı ayı ərzində moped və motosiklet sürücülərinin təqsiri səbəbindən 17 yol qəzası olub, 4 nəfər ölüb
Bu ilin 6 ayı ərzində respublika yollarında moped və motosiklet sürücülərinin təqsiri səbəbindən 17 yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, qəzalarda 4 nəfər ölüb, 16 nəfər xəsarət alıb. Paytaxt Bakıda qaydaların pozulması səbəbindən qeydə alınan 7 qəzada isə 9 nəfər xəsarət alıb. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş
