Türkiyədə yol qəzasında 10 nəfər xəsarət alıb


Türkiyədə yol qəzasında 10 nəfər xəsarət alıb.

Şəffaflıq.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Rize şəhərində qeydə alınıb.

Mikroavtobusla kiçik tutumlu yük avtomobilinin toqquşması nəticəsində nəqliyyat vasitələrinin sürücüləri də daxil olmaqla ümumilikdə 10 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili yardım, polis əməkdaşları cəlb olunub. Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıb.

Qəza ilə bağlı istintaq aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}