Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazanıb
Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb. Şəffaflıq.az Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın sonuncu günündə millimizin üzvü Davud Namazlı (100 kq) gümüş medal qazanıb. Qeyd edək ki, turnirdə 32 ölkədən 428 cüdoçu mübarizə aparıb.
Xəbəri paylaş
Facebook-da paylaş
