Avropa çempionatı: Azərbaycanın basketbolçu qızlardan ibarət millisi Litvaya məğlub olub
Azərbaycanın basketbol üzrə qızlardan ibarət U-18 millisi ilk dəfə iştirak etdiyi Avropa çempionatının B divizionunda keçirdiyi üçüncü oyununda da uduzub. Şəffaflıq.az xəbər verir ki, millimiz Litvaya məğlub olub - 31:82. Təmsilçimiz qrupda növbəti matçını iyulun 8-də İslandiya yığmasına qarşı keçirəcək. Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk iki matçında Bosniya və Herseqovina yığması üzərində qələbə (83:81) qazanıb. Ukraynaya isə məğlub olub - 65:78.
Xəbəri paylaş
Facebook-da paylaş
