Çin Xarici İşlər Nazirliyi: Müharibə İranın nüvə problemini həll etməyəcək


Müharibə İranın nüvə proqramı ətrafında problemi həll etməyəcək və ABŞ-ın İranın nüvə obyektlərini bombalaması təhlükə yaradır.

Şəffaflıq.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ deyib.

“ABŞ-nin suveren İran dövlətinin nüvə obyektlərini bombalaması fəlakətə gətirib çıxara bilər ki, bunun əvəzini bütün dünya ödəyəcək”, - o, Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə Parisdə birgə mətbuat konfransında deyib.

Van İ Tehranın nüvə silahı istehsal etməyəcəyinə əminliyini ifadə edib. O, həmçinin Çinin İranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququna hörmət etdiyini təsdiqləyib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}