Əsas Səhifə > XARİCİ XƏBƏR > Çin Xarici İşlər Nazirliyi: Müharibə İranın nüvə problemini həll etməyəcək
Çin Xarici İşlər Nazirliyi: Müharibə İranın nüvə problemini həll etməyəcək5-07-2025, 00:00 |
Müharibə İranın nüvə proqramı ətrafında problemi həll etməyəcək və ABŞ-ın İranın nüvə obyektlərini bombalaması təhlükə yaradır. Şəffaflıq.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ deyib. “ABŞ-nin suveren İran dövlətinin nüvə obyektlərini bombalaması fəlakətə gətirib çıxara bilər ki, bunun əvəzini bütün dünya ödəyəcək”, - o, Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə Parisdə birgə mətbuat konfransında deyib. Van İ Tehranın nüvə silahı istehsal etməyəcəyinə əminliyini ifadə edib. O, həmçinin Çinin İranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququna hörmət etdiyini təsdiqləyib. Geri qayıt |