Rusiya ordusu Kiyevi atəşə tutur
Ukrayna paytaxtı Kiyevə Rusiya ordusunun yenidən kütləvi hava hücumları başlayıb. Şəffaflıq.az-ın məlumatına görə, iyulun 3-ü axşam saatlarında başlayan hava həyəcanı siqnallarının ardınca hazırda paytaxt səmasında hava döyüşləri gedir. Paytaxtın Salomensk, Svyatoşin, Obolon və Dneprovsk rayonları bir neçə istiqamətdən pilotsuz uçuş aparatlarından və raketlərdən hücuma məruz qalıb. "Ukrayna paytaxtına hücum zamanı həm də "Geran"lardan (dronlar - red.) istifadə olunub", - deyə paylaşımda qeyd edilib.
Ukrayna Hərbi Hava Qüvvələri döyüşçüləri, Milli Qvardiyanın dron əleyhinə pulemyotçuları Rusiya ordusuna məxsus dronları zərərsizləşdirməyə çalışır.
Rusiya Telegram kanalları isə xəbər verir ki, hücum zamanı "Kinjal" hipersəs raketlərindən istifadə olunub.
Facebook-da paylaş
