Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Rusiya ordusu Kiyevi atəşə tutur

Rusiya ordusu Kiyevi atəşə tutur


4-07-2025, 09:17


Ukrayna paytaxtı Kiyevə Rusiya ordusunun yenidən kütləvi hava hücumları başlayıb.

Şəffaflıq.az-ın məlumatına görə, iyulun 3-ü axşam saatlarında başlayan hava həyəcanı siqnallarının ardınca hazırda paytaxt səmasında hava döyüşləri gedir.

Paytaxtın Salomensk, Svyatoşin, Obolon və Dneprovsk rayonları bir neçə istiqamətdən pilotsuz uçuş aparatlarından və raketlərdən hücuma məruz qalıb.

Ukrayna Hərbi Hava Qüvvələri döyüşçüləri, Milli Qvardiyanın dron əleyhinə pulemyotçuları Rusiya ordusuna məxsus dronları zərərsizləşdirməyə çalışır.

Rusiya Telegram kanalları isə xəbər verir ki, hücum zamanı "Kinjal" hipersəs raketlərindən istifadə olunub.

"Ukrayna paytaxtına hücum zamanı həm də "Geran"lardan (dronlar - red.) istifadə olunub", - deyə paylaşımda qeyd edilib.


Geri qayıt