Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst buraxılıb
“Azərbaycan-Ural” təşkilatının rəhbəri Şahin Şıxlinski Rusiyanın Yekaterinburq şəhərində “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında saxlanılıb. Şəffaflıq.az "66.RU" teleqram kanalına istinadən verdiyi məlumata görə, onun oğlu Mutvali saxlanılması ilə bağlı məlumatı təsdiqləyib. "Ticarət mərkəzinin yaxınlığında çoxlu təhlükəsizlik qüvvələri var idi", - o, deyib. Məlumata görə, Mutvali də əvvəlcə saxlanılıb, sonra azadlığa buraxılıb.
Xəbəri paylaş
Facebook-da paylaş
