Kreml: Rəsmi Bakı ilə "Sputnik Azərbaycan"ın saxlanılan əməkdaşları məsələsini müzakirə etməyi planlaşdırırıq
Rusiya Bakı ilə birbaşa əlaqələr zamanı Azərbaycanda saxlanılan "Sputnik Azərbaycan" agentliyinin əməkdaşlarının azad edilməsinə nail olmağı planlaşdırır. Şəffaflıq.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. "Ümid edirik ki, ən yaxın zamanda Azərbaycan tərəfi ilə birbaşa əlaqələr zamanı onların azad edilməsinə nail ola biləcəyik", - o qeyd edib.
Xəbəri paylaş
Facebook-da paylaş
