Azərbaycan millisinin futbolçusu Polşa klubu ilə vidalaşıb
Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Polşanın “Radomyak” klubu ilə vidalaşıb. Şəffaflıq.az-ın məlumatına görə, 26 yaşlı hücumçu bu barədə şəxsi instaqram hesabında paylaşım edib. "Təşəkkürlər, “Radomyak”. Klub üçün ən yaxşısını arzulayıram. Birlikdə möhtəşəm vaxt keçirdik", - deyə forvard bildirib. Qeyd edək ki, Renat Dadaşov bu ilin fevralında Polşanın "Radomyak" komandasına keçib. O, Polşa təmsilçisində 2 qola imza atıb."Report"
Xəbəri paylaş
Facebook-da paylaş
