Renat Dadaşov: "Debüt oyunumda qol vurduğum üçün xoşbəxtəm"
Bu möhtəşəm klubda debüt oyunumda qol vurduğum üçün xoşbəxtəm. Şəffaflıq.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Renat Dadaşov şəxsi instaqram hesabında yazıb. Polşanın "Radomyak" klubunda çıxış edən 25 yaşlı hücumçu ölkə çempionatının XXIII turunda “Vidzev”lə heç-heçə etdikləri (1:1) qarşılaşma haqqında fikirlərini bölüşüb: "Üç xal qazanmaq istəyirdik. Amma çalışmağa davam edəcəyik və diqqətimizi növbəti oyuna yönəldəcəyik". Qeyd edək ki, görüşün 80-ci dəqiqəsində meydana daxil olan Renat Dadaşov 90-cı dəqiqədə komandasını məğlubiyyətdən xilas edib. "Radomyak" fevralın 24-də forvardı heyətinə qatdığını açıqlamışdı.
Xəbəri paylaş
Facebook-da paylaş
