Həsənriz sakini: Kəndimizdə yaşayış üçün hər bir şərait yaradılıb
Həsənriz kəndinə köçürülən sakin orada normal həyat üçün bütün şəraitin yaradıldığını bildirib. Bu barədə Şəffaflıq.az-ın Ağdərəyə ezam olunan əməkdaşına açıqlamasında rayonun Həsənriz kəndinə köçürülən sakin İlham Nəcəfov danışıb. Onun sözlərinə görə, sakinlər kənddə yaradılan şəraitdən razıdırlar: “Mən bu gün çox sevinirəm. Ümumiyyətlə, millət olaraq sevinməyə haqqımız var. Torpaqlarımızın işğal altında qaldığı vaxtlarda çox əziyyət çəkdik. Mən özün 1992-il oktyabr ayından ərazilərimizin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak eləmişəm. Bu yolda qazandığımız qələbələrlə, uğurlarla hər zaman qürur duymuşam. Dövlətimiz azad olunmuş ərazilərdə sürətlə bərpa-quruculuq işləri həyata keçirir. Bu çərçivədə bizim doğma kəndimiz də bərpa olunub, yaşayış üçün bütün işlər görülüb. Burada yaradılan şəraitdən olduqca razıyıq”.
Facebook-da paylaş
