Əsas Səhifə > SİYASƏT > Həsənriz sakini: Kəndimizdə yaşayış üçün hər bir şərait yaradılıb

Həsənriz sakini: Kəndimizdə yaşayış üçün hər bir şərait yaradılıb


24-06-2025, 15:42


Həsənriz kəndinə köçürülən sakin orada normal həyat üçün bütün şəraitin yaradıldığını bildirib.

Bu barədə Şəffaflıq.az-ın Ağdərəyə ezam olunan əməkdaşına açıqlamasında rayonun Həsənriz kəndinə köçürülən sakin İlham Nəcəfov danışıb.

Onun sözlərinə görə, sakinlər kənddə yaradılan şəraitdən razıdırlar:

“Mən bu gün çox sevinirəm. Ümumiyyətlə, millət olaraq sevinməyə haqqımız var. Torpaqlarımızın işğal altında qaldığı vaxtlarda çox əziyyət çəkdik.

Mən özün 1992-il oktyabr ayından ərazilərimizin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak eləmişəm. Bu yolda qazandığımız qələbələrlə, uğurlarla hər zaman qürur duymuşam.

Dövlətimiz azad olunmuş ərazilərdə sürətlə bərpa-quruculuq işləri həyata keçirir. Bu çərçivədə bizim doğma kəndimiz də bərpa olunub, yaşayış üçün bütün işlər görülüb. Burada yaradılan şəraitdən olduqca razıyıq”.


Geri qayıt