Putin İraqın Baş naziri ilə Yaxın Şərqdəki eskalasiyanın enerji bazarları üçün risklərini müzakirə edib


Rusiya Prezidenti Vladimir Putin və İraq Baş naziri Məhəmməd Şia əl-Sudani telefon danışığı zamanı Yaxın Şərqdəki eskalasiya ilə əlaqədar enerji bazarları üçün risklər barədə narahatlıqlarını ifadə ediblər.

Şəffaflıq.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Kremlin açıqlamasında bildirilib.

Tərəflər Yaxın Şərqdə silahlı qarşıdurmanın tezliklə dayandırılmasında maraqlı olduqlarını təsdiqləyiblər.

Bundan əlavə, onlar “OPEC+” çərçivəsində qarşılıqlı fəaliyyətin davam etdirilməsinin vacibliyini vurğulayıblar.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}