Bişkekdə elektrikötürücü xəttində qısa qapanma baş verib, elektrik enerjisi kəsilib


Qırğızıstanda "Kara-Balta - Qlavnaya" elektrik ötürücü xəttində qəza baş verib.

Şəffaflıq.az-ın Qırğızıstan KİV-lərinə istinadən veridyi məlumatına görə, bu barədə Bişkek şəhərinin mer müavini Talaybek Bayqaziyev bildirib.

"İlkin məlumata görə, "Kara-Balta - Qlavnaya" xəttində qısa qapanma olub. Bu, “Qırğızıstan Milli Elektrik Şəbəkəsi”ndə ASC sistem qəzası idi. 220 kVt-lıq xəttdə şəbəkə zədələnməsi var", - o qeyd edib.

T.Bayqaziyevin sözlərinə görə, Bişkek İstilik Elektrik Mərkəzində (İEM) hər şey qaydasındadır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}