Paşinyan Ərdoğanla gözlənilən danışıqların detallarını açıqlamayıb
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların gündəliyini açıqlamayıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. "Səfərin gündəliyi ilə bağlı ictimaiyyət üçün birgə bəyanat planlaşdırılır. Razılaşmalara əsasən, bəyanatın bəndlərini vaxtından əvvəl açıqlamaq olmaz", - o bildirib. Qeyd edək ki, ötən gün Ermənistan parlamentinin sədri Alen Simonyan Paşinyanın iyunun 20-də Türkiyəyə gedəcəyini və ölkə rəhbərliyi ilə danışıqlar aparacağını bəyan edib.
Xəbəri paylaş
Facebook-da paylaş
