AŞPA Azərbaycanda parlament seçkilərini MÜŞAHİDƏ EDƏCƏK
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Frank Şvabenin rəhbərlik etdiyi 25 nəfərdən ibarət nümayəndə heyəti ATƏT-in Parlament Assambleyasının və Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndələri ilə birgə Azərbaycana səfər edəcək.
Nümayəndə heyəti fevralın 7-dən 10-dək Azərbaycanda olacaq və parlament seçkilərini müşahidə edəcək.
Qeyd olunur ki, nümayəndə heyəti namizədlər, partiya nümayəndələri, eləcə də Mərkəzi Seçki Komissiyasının, vətəndaş cəmiyyətinin, KİV-lərin nümayəndələri ilə görüşlər keçirəcək.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş