İran Baş Qərargah və SEPAH-ın yeni rəhbərlərini təyin edib
İran Baş Qərargah və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yeni rəhbərlərini təyin edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb. Qeyd olunub ki, Əbdülrəhim Musəvi İranın Baş Qərargah rəisi, Məhəmməd Pakpur isə SEPAH-ın komandanı təyin edilib. İsrailin İrana endirdiyi hava zərbələri nəticəsində Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Mohammad Baqeri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salaminin həlak olduğu bildirilmişdi.
Xəbəri paylaş
Facebook-da paylaş
